...

Ukraynada naməlum şəxslər SES və atom enerjisi obyektlərini partladacaqları ilə hədələyirlər

Dünya xəbərləri Materials 27 Yanvar 2014 10:00 (UTC +04:00)
Ukraynadakı güc strukturlarına su elektrik stansiyalarının (SES) və atom müəssisələrinin ərazisində partlayışlarla bağlı təhdidlər barədə məlumat veriblər.
Ukraynada naməlum şəxslər SES və atom enerjisi obyektlərini partladacaqları ilə hədələyirlər

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Ukraynadakı güc strukturlarına su elektrik stansiyalarının (SES) və atom müəssisələrinin ərazisində partlayışlarla bağlı təhdidlər barədə məlumat veriblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i bu ölkənin Təhlükəsizlik Xidmətinin (UTX) saytına istinadən xəbər verir.

Məlumatda deyilir: "Ekstremizm təzahürləri ilə yanaşı, nəticələri Ukrayna və qonşu ölkələrin əhalisi üçün son dərəcə ağır ola biləcək SES-lərin, eləcə də atom enerjisi obyektlərinin partladılacağı ilə bağlı anonim təhdidlər də çoxalıb".

Xidmət dəqiqləşdirib ki, "dövləti zəiflətmək məqsədi ilə mühüm xalq təsərrüfatı və ya müdafiə əhəmiyyətli obyektlərin ələ keçirilməsi, dağıdılması və ya onlara xələl dəyməsinə" görə təqsirli bilinənlər "təxribat" və "terror aktı" maddələri üzrə 15 ilədək azdlıqdan məhrum edilməklə cəzalandırılacaqlar: "Milli enerji sisteminin ətrafında cərəyan edən hadisələr dövlətimizin təhlükəsizlik səviyyəsinə mənfi təsir göstərir və onun fəaliyyəti göstərməsi, eləcə də vətəndaşların sağlamlığı və həyatı üçün təhlükə yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti