...

NATO baş katibi Rusiyanı Krımda gərginliyi gücləndirməməyə çağırıb

Dünya xəbərləri Materials 27 Fevral 2014 14:27 (UTC +04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Krımdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib və Rusiyanı vəziyyəti gərginləşdirə biləcək heç nə etməməyə çağırıb.
NATO baş katibi Rusiyanı Krımda gərginliyi gücləndirməməyə çağırıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

NATO-nun baş katibi Anders Foq Rasmussen Krımdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib və Rusiyanı vəziyyəti gərginləşdirə biləcək heç nə etməməyə çağırıb. Trend-in məlumatına görə, xəbəri "İnterfaks" yayıb.

Alyansın Baş katibinin "Twitter"dəki səhifəsində bildirilir: "Mən Krımda hadisələrin inkişafından narahatam. Mən Rusiyanı gərginliyi artıra biləcək və ya anlaşılmazlıq yaradacaq hərəkətlərdən çəkinməyə çağırıram".

Cümə axşamı Krımda Ali Şuranın və Nazirlər Şurasının binaları bir qrup şəxs tərəfindən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti