Azərbaycan, Bakı, 5 mart /Trend/
Martın 7-də Kiyevdə MDB xarici işlər nazirlərinin iclasının keçirilməsi planlaşdırılır. Trend-in çərşənbə günü "Belta"ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ukraynanın Belarusdakı səfiri Mixail Yejel deyib.
O, iclasın gündəliyində olan məsələlərin nədən ibarət olduğunu açıqlamayıb.
Səfir iclasda hansı ölkələrin XİN rəhbərlərinin iştirak edəcəyi barədə dəqiq məlumat verməyib.