...

Baş katib: NATO ölkələri müdafiə xərclərini artırmalıdırlar

Dünya xəbərləri Materials 7 Aprel 2014 14:24 (UTC +04:00)
NATO ölkələri Avropada yaranan yeni strateji vəziyyət və qitənin şərqində hadisələrin inkişafı ilə bağlı müdafiə xərclərini artırmalıdırlar.
Baş katib: NATO ölkələri müdafiə xərclərini artırmalıdırlar

Azərbaycan, Bakı, 7 aprel /Trend/

NATO ölkələri Avropada yaranan yeni strateji vəziyyət və qitənin şərqində hadisələrin inkişafı ilə bağlı müdafiə xərclərini artırmalıdırlar. Şimali Atlantika alyansının baş katibi Anders Foq Rasmussen Londonun "Dayli Teleqraf" qəzetində dərc olunmuş məqaləsində bu fikirlə çıxış edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS bazar ertəsi xəbər yayıb.

O qeyd edib: "Biz istənilən təhdidə müqavimət göstərmək və müttəfiqlərimizi istənilən an müdafiə etmək qətiyyətində yekdilik. Biz Ukraynaya və regiondakı digər tərəfdaşlara dəstəyi gücləndirmişik. Biz həmçinin Rusiya ilə əməkdaşlığı dayandırmışıq və özümüzü heç nə olmamış kimi aparmırıq. Heç kim "soyuq müharibə"nin qayıtmasını istəmir. Lakin biz görürük ki, Rusiya Avropada yeni nüfuz dairələri yaratmaq istəyir".

Rasmussen yazır: "Bugünkü böhran müdafiə məsələlərinin heç vaxt olmadığı kimi vacib olduğunu təsdiqləyir. Hər bir NATO üzvü silahların modernləşdirilməsini aparmalı, hissələrin təlim keçmələrini gücləndirməli, alyansın digər ölkələri və tərəfdaşlarla daha sıx əlaqələri dəstəkləməlidir. Mən özümə hesabat verirəm ki, hazırkı mürəkkəb iqtisadi şərtlərlə bunu etmək çətindir, amma təhlükəsizlik hamımız üçün həyati əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti