...

NATO baş katibi: Heç kim Ukraynanın əvəzinə onun federallaşması barədə qərar qəbul edə bilməz

Dünya xəbərləri Materials 11 Aprel 2014 14:34 (UTC +04:00)
Suveren dövlət kimi yalnız Ukrayna özü federallaşma haqqında qərar qəbul edə bilər. Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib.
NATO baş katibi: Heç kim Ukraynanın əvəzinə onun federallaşması barədə qərar qəbul edə bilməz

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Suveren dövlət kimi yalnız Ukrayna özü federallaşma haqqında qərar qəbul edə bilər. Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Baş katib deyib: "Bu qərarı [Ukraynanın federativ quruluşu barədə] suveren dövlət kimi yalnız Ukrayna qəbul edə bilər. Başqa heç kim".

Rasmussen onu da bəyan edib ki, Qərb yeni "soyuq müharibə" istəmir və Rusiyanın Ukrayna siyasətinə cavab olaraq Moskvaya münasibətdə gələcəkdə siyasi təcrid dərinləşəcək: "Əks təqdirdə, Rusiya beynəlxalq siyasi təcridin dərinləşməsi ilə üzləşəcək. Bu, heç kimin marağında deyil. Heç kim yeni "soyuq müharibə" istəmir".

O, Rusiyanı öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyə və Kiyevlə siyasi dialoqa başlamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti