Azərbaycan, Bakı, 13 may / Trend /
İranın Kirman əyalətinin cənub-şərqində bazar ertəsi Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib. Trend İRNA agentliyinə istinsdən bu barədə məlumat verir.
Tehran universitetinin geofizika institutunun seysmik mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:12-də baş verib.
İtki və dağıntılar barədə məlumat verilmir.