...

Malayziyanın Baş nazirinin qohumu qəzaya uğramış Boeing-in göyərtəsində olub

Dünya xəbərləri Materials 18 İyul 2014 13:13 (UTC +04:00)
Malayziyanın Baş naziri Nacib Razakın qohumu Ukraynada qəzaya uğramış "Boeing"-in göyərtəsində olub.
Malayziyanın Baş nazirinin qohumu qəzaya uğramış Boeing-in göyərtəsində olub

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Malayziyanın Baş naziri Nacib Razakın qohumu Ukraynada qəzaya uğramış "Boeing"-in göyərtəsində olub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Strait Times" nəşri ailənin nümayəndəsinə istinadən xəbər yayıb.

Qeyd edildiyi kimi, 83 yaşlı Puan Şri Şiti Amira nazirin babasının ikinci arvadı olub.

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin Boeing 777 təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti