Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
İraqın paytaxtı Bağdadda bazar günü güclü partlayış baş verib. 20 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb. Trend TASS agentliyinə istinadən bu barədə İraq KİV-ləri xəbər verir.
İlkin məlumatlara görə, partlayıcı maddələrlə yüklənmiş avtomobili istifadə edərək hücumu ekstremistlər ediblər.
BMT-nin məlumatına görə, təkcə ötən sentyabr ayı ərzində İraqda terror hücumları nəticəsində daha 1100 nəfər ölüb. Təhlükəsizlik baxımından ən pis vəziyyət Bağdadda yaranıb, ötən ay ərzində orada 352 nəfər ölüb və 1000 nəfər xəsarət alıb.