...

Pakistan ölüm hökmünə qadağanı ləğv edir

Dünya xəbərləri Materials 17 Dekabr 2014 18:23 (UTC +04:00)
Pakistan 140 insanın həlak olduğu qanlı terror aktından sonra ölüm hökmünə tətbiq edilən qadağanı ləğv etməyə qərar verib.
Pakistan ölüm hökmünə qadağanı ləğv edir

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Pakistan 140 insanın həlak olduğu qanlı terror aktından sonra ölüm hökmünə tətbiq edilən qadağanı ləğv etməyə qərar verib. Bunu Pakistanın Baş naziri Nəvaz Şərif bəyan edib. Trend xəbər verir ki, bu barədə "Reuters" ölkə hökumətinin rəsmi nümayəndəsi Mohuddin Vaniyə istinadən məlumat yayıb.

M.Vani bildirib ki, Baş nazir artıq dünən Peşəvər şəhərindəki hərbi məktəbdə taliblər tərəfindən törədilən qırğınla əlaqədar Nazirlər Kabinetinin moratoriumun ləğvi ilə bağlı qərarını bəyənib. Son məlumatlara görə, terror aktı nəticəsində 132 uşaq və 9 müəllim həlak olub. Onlarla yaralı, o cümlədən, ağır yaralılar var.

O, moratoriumun ləğv edilməsinin qərara alındığını bildirərək əlavə edib ki, ölüm hökmünün icra edilməsi üçün orderlər iki-üç gündən sonra verilməyə başlayacaq. Hökumət rəsmisi belə orderlərə uyğun olaraq kimlərin edam oluna biləcəyini izah etməyib.

Qeyd edək ki, Pakistanda edam cəzasına dair moratorium 2008-ci ildən qüvvədədir. Onun müddəti 2013-cü ildə başa çatıb. "Amnesty International" təşkilatının məlumatına görə, həmin vaxtdan 8 mindən artıq insan edam cəzasına məhkum edilib. Lakin moratoriumun fəaliyyət göstərdiyi müddət ərzində hərbi tribunal tərəfindən çıxarılan cəmi bir ölüm hökmü icra edilib.

Bununla yanaşı, qeyd olunur ki, Pakistanda ölüm cəzasına məhkum olunanların təxminən 10 faizi "Terrorizm" maddəsi üzrə mühakimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti