...

"Zaman" qəzetinin baş redaktoru azad edildi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Dekabr 2014 16:25 (UTC +04:00)
“Samanyolu” teleradio şirkətinin rəhbəri Hidayət Qaraca barəsində həbs qərarı çıxarılıb.
"Zaman" qəzetinin baş redaktoru azad edildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbul məhkəməsi "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlının azad edilməsi ilə bağlı qərar çıxarıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, eyni zamanda, Ə.Dumanlının ölkəni tərk etməsinə qadağa qoyulub.

Həmçinin bildirilir ki, "Samanyolu" teleradio şirkətinin rəhbəri Hidayət Qaraca barəsində həbs qərarı çıxarılıb.

Məlumata əsasən, H.Qaraca ilə yanaşı, daha 4 nəfər həbs edilib. Onların adları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti