...

Xorvatiya tarixində ilk dəfə qadın namizəd prezident olacaq

Dünya xəbərləri Materials 12 Yanvar 2015 10:48 (UTC +04:00)
Yaxın beş il ərzində Xorvatiya tarixində ilk dəfə olaraq ölkəni prezident postuna müxalifətdən olan qadın namizəd Kolinda Qrabar-Kitaroviç idarə edəcək.
Xorvatiya tarixində ilk dəfə qadın namizəd prezident olacaq

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Yaxın beş il ərzində Xorvatiya tarixində ilk dəfə olaraq ölkəni prezident postuna müxalifətdən olan qadın namizəd Kolinda Qrabar-Kitaroviç idarə edəcək. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat yayıb.

O, yanvarın 11-də keçirilən prezident seçkilərinin ikinci turunda minimum səs çoxluğu ilə qalib gəlib.

Xorvatiyanın Dövlət Seçki Komissiyasının (DSK) məlumatına görə, seçki məntəqələrinin 99,70 faizindən daxil olan məlumatların emalından sonra Qrabar-Kitaroviç səslərin 50,43 faizini toplayıb.

DSK-nin rəhbəri Branko Xrvatinin sözlərinə görə, onlar yekun rəqəmlər deyil, çünki xaricdəki məntəqələrdən məlumatlar daxil olmayıb. Saat qurşaqlarındakı fərqə görə bəzi məlumatlar yerli vaxtla yalnız səhərə yaxın daxil olacaq. Ancaq gözlənildiyi kimi, bazar ertəsi gün ərzində elan ediləcək bu məlumatlar səsvermənin son nəticələrinə təsir edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti