...

Hindistanda Kerrinin kortejində qəzaya it səbəb olub

Dünya xəbərləri Materials 13 Yanvar 2015 10:57 (UTC +04:00)
Qəflətən yola tullanan it Hindistanın Əhmədabad şəhərində ABŞ dövlət katibi Con Kerrinin avtomobil kortejinin yol qəzası törətməsinə səbəb olub.
Hindistanda Kerrinin kortejində qəzaya it səbəb olub

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Qəflətən yola tullanan it Hindistanın Əhmədabad şəhərində ABŞ dövlət katibi Con Kerrinin avtomobil kortejinin yol qəzası törətməsinə səbəb olub. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Bu barədə hadisədən bir gün sonra "Vaşinqton Post" da daxil olmaqla, bir sıra ABŞ kütləvi informasiya vasitələri məlumat verib.

Qəzetin məlumatına görə, küçük özünü Kerrini aeroporta aparan "Toyota" markalı zirehli avtomobilin düz qarşısına atıb.

Kerrinin sürücüsü heyvanı xilas etmək üçün əyləci basıb. Bu zaman arxadan gələn avtomobil toqquşmadan qaça bilməyib. Maşına ciddi zərər dəyməyib.

Amerikanın nümayəndə heyəti hadisə zamanı Kerrinin və müşayiət edən şəxslərin "heç bir zədə almadıqlarını" təsdiqləyiblər. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri, Hindistanda olan Cen Psaki də təsdiqləyib.

ABŞ mətbuatı yol qəzasına səbəb olan itin sağ qalıb-qalmadığını dəqiqləşdirməyib. "Vaşinqton Post" bu barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti