...

Gürcüstanın Baş naziri daxili işlər nazirinin istefasını qəbul edəcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Yanvar 2015 19:10 (UTC +04:00)
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.
Gürcüstanın Baş naziri daxili işlər nazirinin istefasını qəbul edəcək (ƏLAVƏ OLUNUB)

Məlumat yenilənib (ilk xəbər saat 17:34-də yayılıb)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin daxili işlər naziri Aleksandr Çikaidzenin istefasını qəbul edəcək. Trend-in məlumatına görə, bunu İ.Qaribaşvili iştirak etdiyi Davos İqtisadi Forumunda jurnalistlərə deyib.

Baş nazir A.Çikaidzenin qərarını şərh etməkdən imtina edib.

Qeyd edək ki, Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bu gün istefa verib. Trend-in nazirin bəyanatına istinadən verdiyi məlumata görə, o, Zurab Vazaqaşvilinin ölümündə əli olan məmurları himayə etməkdə təqsirləndirildyinə görə belə qərar qəbul edib.

A.Çikaidze bəyanatında deyir: "2006-cı ildə Zurab Vazaqaşvilini öldürməkdə əli olan polisləri himayə etməyim və sonradan onların guya istintaqa mane olmaları barədə bəyanatlar həqiqətəuyğun deyil. Lakin mən oğlu Zurabın məzarında partlayış nəticəsində Yuri Vazaqaşvilinin ölümünə görə müəyyən məsuliyyət hiss edirəm və istefa verirəm".

Onun sözlərinə görə, Y.Vazaqaşvilinin qətli barədə iş "isti izlər"lə açılsaydı, vəzifəsində qalacaqdı: "Lakin bu baş vermədi, mən İspaniyada məzuniyyətdəydim və indi bu qərarı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti