Azərbaycan, Bakı, 30 mart /Trend/
Ria Novosti-nin gizli mənbələrə istinadən yaydığı xəbərə görə, müxalifyönlü siyasətçi Boris Nemtsovun qətli ilə bağlı aparılan istintaq qətldə iştirak ehtimalı olan daha bir nəfərin şəxsiyyətini müəyyən edib.
Mənbənin məlumatına görə, cinayəti törədənlərə əlaqədə olan şəxs "Ruslik" adlanır. Ehtimal edilir ki, o cinayətkarı silah və avtomobillə təmin etməklə yanaşı, 5 miliyon rubl pul da vəd verib. Bildirilir ki, belə olan halda o, nəinki cinayəti təşkil edən, hətta sifarişçi də ola bilər.
İstintaq hələ ki, cinayətdə bu şəxsin iştirakını təsdiq edəcək kifayət qədər sübut olmadığından onun barəsində axtarış elan edilməyib. Hələlik bu şəxsin barəsində yalnız Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev danışıb.
Xatırladaq ki, B.Nemtsov Moskvanın mərkəzində bu il fevralın 28-i gecə qətlə yetirilib.