...

Türkiyə müxalifəti Avropa Parlamentinin qərarını qınayır

Dünya xəbərləri Materials 16 Aprel 2015 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu CHP lideri Kamal Kılıçdaroğlu deyib.

Onun sözlərinə görə, bu bəyanat Türkiyəyə qarşı qəbuledilməzdir.

Qeyd edək ki, daha əvvəl Türkiyə hakimiyyəti ölkə müxalifətinin bu qərara reaksiya vermədiyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti