...

Misirin sabiq Prezidentinə ölüm hökmü verildi

Dünya xəbərləri Materials 16 May 2015 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Məhkəmə Misirin sabiq Prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmü çıxarıb. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Qahirə məhkəməsi ona və "Müsəlman qardaşlar" təşkilatının bir sıra liderlərinə iki iş - dövlətə xəyanət və casusluq, həmçinin 2011-ci il yanvar inqilabı zamanı təşkilatın liderlərinin həbsxanadan qaçışı üzrə hökm oxuyub.

Dövlətə xəyanət üzrə işdə M.Mursinin adı çəkilməyib. Onun ölüm hökmünə məhkum edilməsinə səbəb həbsxanadan qaçması olub. Qaçışda adı hallanan 106 nəfər arasında sabiq Prezident də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti