...

Mursi edam olunmamaq üçün Misir vətəndaşlığından imtina edə bilər

Dünya xəbərləri Materials 2 İyun 2015 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Misirin sabiq prezidenti Məhəmməd Mursi ölkə qanunvericiliyinə əsasən edam olunmaqdan xilas olmaq üçün ölkə vətəndaşlığından imtina edərək üçüncü dövlətin vətəndaşlığını qəbul edə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu gün Qahirə məhkəməsi M.Mursi və "Müsəlman qardaşları" hərəkatının 100-dən çox nümayəndəsi barədə hökm verəcək.

Xarici kəşfiyyata casusluq etməkdə təqsirləndirilən M.Mursini edam cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti