...

Gürcüstanın Xarici işlər naziri mümkün istefası barədə mətbuatdan xəbər tutdu

Dünya xəbərləri Materials 25 Avqust 2015 14:54 (UTC +04:00)
Bu gün Gürcüstanın Xarici işlər naziri Tamara Beruçaşvili özünün mümkün istefası barədə mətbuatdan xəbər tutduğunu bildirib.
Gürcüstanın Xarici işlər naziri mümkün istefası barədə mətbuatdan xəbər tutdu

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Bu gün Gürcüstanın Xarici işlər naziri Tamara Beruçaşvili özünün mümkün istefası barədə mətbuatdan xəbər tutduğunu bildirib. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Xatırladaq ki, Gürcüstan KİV-i hökumətdə mümkün yerdəyişmələr, xüsusilə T.Beruçaşvilinin istefası barədə məlumat yaymışdı.

Gürcüstanın televiziya şirkətlərinin məlumatına əsasən, xarici işlər naziri vəzifəsinə baş nazirin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili gələ bilər.

T.Beruçaşvili jurnalistlərə bildirib ki, bütün məlumatı mətbuatdan aldığına görə bu barədə ətraflı heç nə deyə bilməz.

G.Kvirikaşvili də mümkün təyinatı ilə bağlı jurnalistlərin suallarına şərh verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti