...

Tehranda 5 qatil edam olunub

Dünya xəbərləri Materials 18 Sentyabr 2015 11:52 (UTC +04:00)
Ötən gün Tehran əyalətinin Rəcayi həbsxanasında 5 nəfər edam olunub.
Tehranda 5 qatil edam olunub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Ötən gün Tehran əyalətinin Rəcayi həbsxanasında 5 nəfər edam olunub.

Trend-in javanonline saytına istinadən məlumatına görə, ayrı-ayrı cinayət işlərinə görə edam olunan şəxslər müxtəlif vaxtlarda Tehranın müxtəlif bölgələrində adam öldürməkdə ittiham olunublar.

Məlumata əsasən, ötən gün Rəcayi həbsxanasında 8 nəfər edam olunmalı imiş, lakin edama məhkum olunanlardan 3 nəfəri öldürülmüş şəxslərin valideynləri tərəfindən bağışlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti