...

Nepalda son 2 gündə ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 26 Fevral 2016 13:55 (UTC +04:00)
Nepal dağlarında son 2 gün ərzində ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb.
Nepalda son 2 gündə ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı. Elçin Hüseynov - Trend:

Nepal dağlarında son 2 gün ərzində ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb. Trend Associated Press-ə istinadən xəbər verir ki, təyyarədə 11 sərnişin olub.

Nepal hökümətinin rəsmisi Padamlal Lamiçan bildirib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 1 insan həlak olub. Təyyarə Kasthamandap Airlines şirkətinə məxsus olub.

Qəzadan əvvəl təyyarədə texniki nasazlıq müşahidə olunub və pilotlar dağların arasındakı düzənliyə enməyə qərar verib. Manevrlər etməyə müvəffəq olmadığı üçün təyyarə qəzaya uğrayıb.

Xatırladaq ki, fevralın 24-də Nepalın mərkəzi rayonlarında digər sərnişin təyyarəsi qəzaya uğrayıb və 23 nəfər insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti