...

ABŞ prezidenti "Taliban" hərəkatının rəhbərinın öldürüldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 23 May 2016 11:13 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama “Taliban” hərəkatının rəhbəri Molla Axtar Məhəmməd Mansurun öldürüldüyünü təsdiqləyib.
ABŞ prezidenti "Taliban" hərəkatının rəhbərinın öldürüldüyünü təsdiqləyib

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ prezidenti Barak Obama "Taliban" hərəkatının rəhbəri Molla Axtar Məhəmməd Mansurun öldürüldüyünü təsdiqləyib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

"Taliban" hərəkatının rəhbəri mayın 21-də ABŞ hərbçiləri tərəfindən Pakistanın Əfqanıstanla sərhəddindəki ucqar bölgəsində hava zərbəsi zamanı ölüb.

B.Obamanın xüsusi açıqlamasında deyilir ki, ABŞ bundan sonra da ekstremist təşkilatlara qarşı yönəlmiş tədbirləri davam etdirəcək.

Molla Axtar Məhəmməd Mansur "Taliban"a 2015-ci ildən, keçmiş başçı Molla Ömər öldürüldükdən sonra rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti