...

Davudoğlu: Türkiyə ordusu hərbi çevrilişin iştirakçısı deyil

Dünya xəbərləri Materials 16 İyul 2016 13:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Ordusu ölkədə baş vermiş hərbi çevriliş cəhdinin iştirakçısı deyil.

Trend TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin bütün siyasi partiyaları hərbi çevriliş təhlükəsinin qarşısında həmrəylik nümayiş etdiriblər.

Ə.Davudoğlu qeyd edib ki, Türkiyə hərbi çevriliş yolu ilə hakimiyyətin dəyişdirləcəyi ölkə deyil.

Qeyd edək ki, şənbə gününə keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı isə 700 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti