Bakı. Trend:
Yunanıstana qaçmış Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O bildirib ki, Yunanıstanın xarici işlər naziri Nikos Koçias ölkəyə qaçan 8 xainin tezliklə Türkiyəyə təhvil veriləcəyini söylədi.