...

Kerri: ABŞ-a Gülənin ekstradisiyası üçün Ankaranın formal sorğusu lazımdır

Dünya xəbərləri Materials 18 İyul 2016 15:00 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-a bu ölkədə yaşayan müxalif islam təbliğçisi Fəthullah Gülənin ekstradisiyası üçün Ankaranın formal sorğusu lazımdır.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib.

C.Kerri bildirib ki, ekstradisiya üçün, həmçinin F.Gülənin Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində əli olması ilə bağlı sübutlar təqdim etmək lazımdır.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti