...

Binəli Yıldırım: Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü yaxın vaxtda baş tutacaq

Dünya xəbərləri Materials 20 İyul 2016 13:36 (UTC +04:00)
Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizmi regional əməkdaşlığın inkişafına bir çox töhfə verib.
Binəli Yıldırım: Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü yaxın vaxtda baş tutacaq

Bakı. Trend:

Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizmi regional əməkdaşlığın inkişafına bir çox töhfə verib. Trend-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.

O ümid etdiyini bildirib ki, Bakıda keçirilməsi planlaşdırılan Türkiyə, Azərbaycan, Gürcüstan prezidentlərinin üçtərəfli görüşü ən yaxın vaxtlarda baş tutacaq.

G.Kvirikaşvili Türkiyəyə səfəri çərçivəsində ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər Gürcüstan və Türkiyə arasında yeni sazişlərin vaxtında işə düşməsi və strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Strateji Əməkdşalıq Şurası çərçivəsində tərəflər investisiyaların təşviqi və qorunması, dəmir yol daşımaları, işədüzəltmə, sosial müdafiə və cəzaların icrası sahələrində əməkdaşlıq haqqında bir sıra saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti