...

Ermənistanda polisləri girov götürən qrupla bağlı iki nəfər həbs olunub

Dünya xəbərləri Materials 22 İyul 2016 20:52 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevanda polis binasını tutmuş silahlı qruplaşma ilə bağlı olan iki nəfərin həbsi haqqında bəyanat yayıb.

Bunu Trend RİA Novosti-yə istinadən xəbər verir.

Xatırladaq ki, ötən bazar bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və binadakıları girov saxlayıb. Polisin açıqlamasına görə, qarşıdurma zamanı bir polis ölüb, altı nəfər, o cümlədən 5 polis işçisi xəsarət alıb. Qrup hazırda dörd polis işçisini girov saxlayır. Onların arasında Ermənistanın rəis müavini Vardan Yegiazaryan və Yerevanın rəis müavini Valeriy Osipyan da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti