...

Türkiyədə fövqəladə vəziyyət rejimini uzatmaq planlaşdırılmır

Dünya xəbərləri Materials 24 İyul 2016 00:29 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq planlaşdırılmır.
Türkiyədə fövqəladə vəziyyət rejimini uzatmaq planlaşdırılmır

Bakı. Trend:

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq planlaşdırılmır, lakin zərurət yaranacağı təqdirdə bu müddət uzadıla bilər.

Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.

O qeyd edib ki, Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə elan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu qərar demokratiyaya, insan hüquq və azadlıqlarına zərər vurmayacaq, əksinə, onları daha da gücləndirəcək.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti