Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Azərbaycan və Qazaxıstanla məsləhətləşmələri Rusiya ilə münasibətlərin normallaşmasına öz töhfəsini verdi.
Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu deyib.
Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması mövzusuna toxunan Ə. Davudoğlu qeyd edib ki, böhrandan sonra Rusiya-Türkiyə əlaqələrinin necə inkişaf etməsindən asılı olmayaraq, Ankara ölkənin hava məkanının pozulması halında qanun çərçivəsində hərəkət edib.