...

Türkiyədəki "Akıncı" hərbi bazası bağlanacaq

Dünya xəbərləri Materials 29 İyul 2016 16:33 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhd zamanı qiyamçıların qərargahı olan "Akıncı" hərbi bazası bağlanacaq.
Türkiyədəki "Akıncı" hərbi bazası bağlanacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhd zamanı qiyamçıların qərargahı olan "Akıncı" hərbi bazası bağlanacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, hərbi çevrilişə cəhdlə birbaşa əlaqəsi olan Fətullah Gülən ABŞ-dan ekstradisiya ediləcək.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti