...

Binali Yıldırım: Bəşər Əsəd keçid hökuməti dövründə hakimiyyətdə qala bilər

Dünya xəbərləri Materials 20 Avqust 2016 14:49 (UTC +04:00)
Suriyada keçid hökumətin formalaşmasından sonra B.Əsəd postunu tərk etməlidir.
Binali Yıldırım: Bəşər Əsəd keçid hökuməti dövründə hakimiyyətdə qala bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriya Prezidenti Bəşər Əsəd keçid hökuməti dövründə hakimiyyətdə qala bilər.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binalı Yıldırım deyib.

Onun sözlərinə görə, Türkiyə qarşıdakı altı ayda Suriya böhranının nizamlanmasında fəal rol oynayacaq.

B.Yıldırım bildirib ki, Suriyada keçid hökumətin formalaşmasından sonra B.Əsəd postunu tərk etməlidir.

Baş nazir qeyd edib ki, rəsmi Ankara Suriyanın parçalanmasına imkan verməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti