...

Türkiyədən ABŞ-a çağırış: "Gülənin ekstradisiyasını tezləşdirin"

Dünya xəbərləri Materials 20 Avqust 2016 18:51 (UTC +04:00)
Binali Yıldırım ABŞ-ı dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyası prosesini tezləşdirməyə çağırıb.
Türkiyədən ABŞ-a çağırış: "Gülənin ekstradisiyasını tezləşdirin"

Bakı. Trend:

Türkiyənin Baş naziri Binali Yıldırım ABŞ-ı dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyası prosesini tezləşdirməyə çağırıb.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

B.Yıldırım qeyd edib: "Biz prosesin sürətləndirilməsini istəyirik. Bu şəxs dövlət çevrilişinə cəhdə liderlik edib. Nəyi gözləyirik? Türkiyə və ABŞ arasında ekstradisiya ilə bağlı razılaşma var, buna görə də bu prosesi yubatmaq olmaz".

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti