...

Son 50 ildə ilk dəfə ABŞ-dan Kubaya kommersiya uçuşu həyata keçiriləcək

Dünya xəbərləri Materials 31 Avqust 2016 19:35 (UTC +04:00)
50 ildən sonra ABŞ-ın Fort-Loderdeyl şəhərindən Kubanın Santa-Klara şəhərinə ilk kommersiya reysi həyata keçiriləcək.
Son 50 ildə ilk dəfə ABŞ-dan Kubaya kommersiya uçuşu həyata keçiriləcək

Bakı. Trend:

50 ildən sonra ABŞ-ın Fort-Loderdeyl şəhərindən Kubanın Santa-Klara şəhərinə ilk kommersiya reysi həyata keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, avqustun 31-dən oktyabrın 29-a qədər JetBlue uçuşları həftədə 3 dəfə, oktyabrın 30-dan isə gündəlik təşkil olunacaq. Bundan başqa sentyabrın 1-dən Santa-Klara ilə aviaəlaqə də bərpa olunacaq.

Buna baxmayaraq ABŞ vətəndaşlarının Kubaya turist səyahətlərinə qoyulan qadağa hələ qüvvədə qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti