...

London taksiləri elektriklə çalışacaq

Dünya xəbərləri Materials 23 Mart 2017 02:10 (UTC +04:00)
Britaniyanın Koventri bölgəsində London taksilərinin yeni istehsal fabriki açılacaq
London taksiləri elektriklə çalışacaq

Bakı. Trend:

Britaniyanın Koventri bölgəsində London taksilərinin yeni istehsal fabriki açılacaq. Dəyəri 300 milyon funt sterlinq olan zavod elektrik ilə işləyən taksilər istehsal edəcək.

Trend Sputnik-ə istinadən xəbər verir ki, zavod illik 20 min nəqliyyat vasitəsi istehsal gücünə malik olacaq. Londonun özünəməxsus taksilərini 69 ildir ki, istehsal edən taksi şirkətində 1500-ə yaxın işçi çalışır.

Yeni açılacaq zavodda isə min yeni iş yeri açılacaq. Zavodun ilk taksilərinin bu ilin sonunda satışa buraxılacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti