Bakı. Trend:
Moskvada təqribən 150 nəfər qasırğa səbəbindən xəstəxanalara yerləşdirilib.
Trend-in məlumatına görə, Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olduğunu deyib.
O, ümumilikdə 168 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib: "Təəssüf ki, Moskvada ölənlərin sayı 11 nəfərdir".
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.