Bakı. Elmira Tariverdiyeva - Trend:
ATƏT konsensus çərçivəsində çalışır və konsensusu pozanları təqsirləndirməyəcək.
Trend-in Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu Yerevanda mətbuat konfransı zamanı ATƏT-in baş katibi Lamberto Zanyer qurumun Ermənistandakı ofisinin bağlanması barədə sualı cavablandırarkən deyib.
O qeyd edib ki, ATƏT Ermənistanla əməkdaşlığı davam etdirmək üçün yollar axtarmağa çalışacaq.
Qeyd edək ki, ATƏT-in Yerevan nümayəndələyinin mandatının uzadılması barədə konsensus əldə olunmamışdı. Nümayəndəlik bu il avqust ayının 31-də fəaliyyətini dayandıracaq.