...

Parlament türk hərbçilərin Qətərdə yerləşdirilməsi barədə sazişi təsdiq etdi

Dünya xəbərləri Materials 7 İyun 2017 22:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisində Türkiyə və Qətər arasında türk hərbçilərin Qətər ərazisində yerləşdirilməsi barədə sazişin ratifikasiyası haqqında qanun qəbul olunub.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, Qətərdə Türkiyə hərbi bazasının yaradılması 2014-cü ildə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə imzalanmış sazişdə nəzərdə tutulur.

Bundan başqa, parlament tərəfindən "Qətər Dövləti Höküməti ilə Türkiyə Respublikası Hökuməti arasında jandarm kadrlarının təhsil və peşə hazırlığı sahəsində əməkdaşlıq haqqında Protokol" da təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti