Bakı. Trend:
Egey dənizində Türkiyənin İzmir şəhərinin yaxınlığında 5,0 bal gücündə zəlzələ olub.
Trend Türkiyə hökuməti yanında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verir ki, zəlzələnin episentri 9,88 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar İzmir vilayətinin Qaraburun rayonunun yaxınlığında hiss edilib.