...

Yıldırım: Türkiyə xalqı demokratiyaya bağlılığını sübut etdi

Dünya xəbərləri Materials 14 İyul 2017 22:53 (UTC +04:00)
Türkiyə xalqı demokratiyaya bağlılığını sübut etdi
Yıldırım: Türkiyə xalqı demokratiyaya bağlılığını sübut etdi

Ankara. Rufiz Hafizoğlu - Trend:

Türkiyə xalqı demokratiyaya bağlılığını sübut etdi.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım Ankarada рərbi çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Türkiyədə hərbi çevrilişə cəhd xalqın hökümətə və ölkəyə bağlılığını göstərdi.

"Türkiyə çevrilişlə ilk dəfə üz üzə gəlmir. Lakin ilk dəfə Türkiyə xalqı hərbi çevrilişin qarşısını aldı", - baş nazir deyib.

O, qeyd edib ki, hərbi çevriliş cəhdinin günahkarları öz hərəkətlərinə görə, cavab verəcəklər.

Binali Yıldırım əlavə edib ki, hərbi çevriliş cəhdinin qarşısının alınmasında türkiyə mediasınında rolu böyükdür.

"Biz türkiyə mediasına öz təşəkkürümüzü bildiririk", - baş nazir deyib.

O, qeyd edib ki, Türkiyə əvvəlki kimi ölkədə medianın inkişafına dəstək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti