...

İran və Rusiya atom energetikası sahəsində əməkdaşlığı müzakirə ediblər

Dünya xəbərləri Materials 25 İyul 2017 22:28 (UTC +04:00)

Bakı. Trend

İranın Atom Enerjisi Təşkilatının rəhbərinin müavini Behruz Kamalvandi Rusiyanın "Rosatom" dövlət korporasiyasının rəhbərliyi ilə danışıqlar aparıb.

Trend-in məlumatına görə, bu haqda IRNA informasiya agentliyi xəbər yayıb.

Məlumata görə, Moskvada keçirilən görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. Kamalvandi bildirib ki, "Buşer" AES-in 1 saylı enerji blokunun istismarına dair əməkdaşlıq və bu stansiyanın ikinci və üçüncü enerji bloklarının tikintisi proqramı məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti