Bakı. Trend:
Meksika sahillərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente deyib.
O, bildirib: "Hazırda Fövqəladə Hallar üzrə Milli Komitə bildirir ki, zəlzələ nəticəsində 58 nəfər həlak olub. Onlardan 45-i Oaxakedə, 10-u Çiapasda, 3-ü isə Tabaskoda".
XXX
00:16
Meksika sahillərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Oahaka ştatında 25 nəfər həlak olub, 250 nəfər xəsarət alıb, Çyapas ştatında 7 nəfər, Tabasko ştatında isə 2 nəfər həlak olub.
Qeyd edək ki, zəlzələn 8,2 bal gücündə Tonala şəhərindən 137 kilometr cənub-şərqdə baş verib.