Bakı. Trend:
Türkiyə parlamenti İraqda və Suriyada hərbi əməliyyatlar keçirmə mandatını bir il müddətinə uzadıb.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabr ayında bir il müddətinə xaricdə milli silahlı qüvvələrdən istifadəyə icazə verib. Bu mandat daha sonra 13 ay müddətinə uzadılıb.