Bakı. Trend:
Meksikanın Kintana Roo ştatında "Neyt" qasırğası səbəbindən "narıncı" (yüksək) dərəcədə təhlükə elan edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Neyt" qasırğası artıq Nikaraqua, Kosta-Rika, Honduras və Salvadorda 23 nəfərin həyatına son qoyub.
Məlumata əsasən, hökümət ştatın sakinlərini təhlükəli əraziləi tərk etməyə və müvəqqəti sığınacaqlara yerləşməyə çağırıb.