Bakı. Trend:
ABŞ-ın Luiziana ştatında, Ponçartreyn gölündə yerləşən neft platformasında partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Yanan platformaya xilasetmə gəmiləri göndərilib.
Qeyd edək ki, Ponçartreyn gölü Luiziana ən böyük, ABŞ-da isə ikinci ən böyük duzlu göldür. Göl 1600 kvadrat kilometr ərazini əhatə edir.