...

Qazaxıstan da latın qrafikasına keçir

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 08:31 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb
Qazaxıstan da latın qrafikasına keçir

Bakı. Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Bundan əlavə fərmada deyilir: "Qazaxıstan əlifbasının latın qrafikasına keçidini 2025-ci ilə qədər təmin etmək. Əlifbanın keçidinin təmin edilməsi üçün latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası təsdiq edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti