Türkiyə və İran İraqda PKK-ya qarşı birgə hərbi əməliyyata başlaya bilərlər

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2017 10:00 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və İran İraqın şimalında PKK terrorçularına qarşı birgə hərbi əməliyyata başlaya bilərlər.

Trend-in məlumatına görə, bu barədə hərbi mənbələr xəbər verir.

Həmçinin İran və Türkiyənin kəşfiyyat məlumatlarını mübadilə edəcəkləri bildirilir.

Hazırda hərbi əməliyyatların detalları müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti