...

Tramp ölüm hökmü istədi - KİMƏ?

Dünya xəbərləri Materials 2 Noyabr 2017 09:01 (UTC +04:00)
Tramp Nyu-Yorkda avtomobili velosiped sürən şəxslərin üzərinə sürmüş Özbəkistan vətəndaşının edam edilməsini tələb edib.
Tramp ölüm hökmü istədi - KİMƏ?

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-Yorkda avtomobili velosiped sürən şəxslərin üzərinə sürmüş Özbəkistan vətəndaşı Sayfullo Saipovun edam edilməsini tələb edib.

Trend-in məlumatına görə, ABŞ lideri bu barədə özünün Twitter səhifəsində yazıb: "8 nəfərin ölümünə səbəb olmuş o terrorçu ölümə layiqdir".

Qeyd edək ki, həmin hadisə Manhettendə baş verib və avtomobilin velosiped yoluna çıxması nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər ağır xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti