...

Erməni əsgəri xidmət vaxtı qəfil öldü

Dünya xəbərləri Materials 25 Noyabr 2017 11:22 (UTC +04:00)
Erməni silahlı birləşmələrinin əsgəri xidmət vaxtı qəfil ölüb
Erməni əsgəri xidmət vaxtı qəfil öldü

Bakı. Samir Əli - Trend:

Erməni silahlı birləşmələrinin əsgəri xidmət vaxtı qəfil ölüb.

Trend-in məlumatına görə, bu barədə erməni saytları məlumat yayıb. Məlumatda bildirilir ki, 24 noyabr saat 10 radələrində Vanadzordakı hərbi hissədə erməni əsgəri qəfldən ölüb.

Erməni əsgərin sağlamlığı kəskin şəkildə pisləşib və Vanadzor hərbi hospitalına apararkən yolda ölüb.

Ölən Lori vilayətinin Şaumyan kənd sakini 36 yaşlı Qarnik Petrosyandır. O, keçmiş polisdir, sonralar hərbi hissədə xidmətini davam edib.

Xəbər lenti

Xəbər lenti