...

Stavropolda antiterror əməliyyatı zamanı 3 silahlı zərərsizləşdirilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Dekabr 2017 07:01 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Stavropol şəhərində antiterror əməliyyatı zamanı 3 silahlı zərərsizləşdirilib.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, daha əvvəl şəhərin bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilmişdi.

Məlumatda deyilir ki: "Antiterror əməliyyatı rejiminin gedişində nsanların kütləvi toplaşdıqları yerlərdə terror aktı törətməyi planlaşdıran qruplaşma evlərdən birində mühasirəyə alınıb. 3 silahlı zərərsizləşdirilib".

XXX

04:26

Rusiyanın Stavropol şəhərinin bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı rejimi Moskva vaxtı ilə saat 00:30-dan etibarən tətbiq edilib.

Məlumata əsasən, antiterror əməliyyatı rejimi terror aktının qarşısının alınması və onun nəticələrinin minimallaşdırılması məqsədi ilə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti