...

İŞİD Misirdə kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb

Dünya xəbərləri Materials 30 Dekabr 2017 06:14 (UTC +04:00)

Bakı. Trend:

İŞİD terror qruplaşması Misirin Qahirə şəhərində kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Trend-in məlumatına görə, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı bildirir.

Misirin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, terrorçu motosikletdə kilsəyə hücum edib. Terrorçunun qarşısını almaq istəyən polis əməkdaşları və terrorçu arasında atışma baş verib. Atışma zamanı 1 polis əməkdaşı və 6 mülki vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən yarala ələ keçirilib.

Xəbər lenti

Xəbər lenti