Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Şimali Koreya arasında keçirilən danışıqları təqdir edib.
Trend-in məlumatına görə, bunu D.Tramp Norveçin baş naziri Erna Sulberq ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
ABŞ prezidenti bildirib: "Bizim Şimali Koreya ilə müəyyən problemlərimiz var, amma indi çox sayda yaxşı danışıqlar keçirilir. Mən yaxşı enerji görürəm. Bu, mənim çox xoşuma gəlir".
Qeyd edək ki, yanvarın 9-u Cənubi və Şimali Koreya arasında nazirlər səviyyəsində görüş keçirilib.